"Şahdağ" istirahət evi
Xaçmaz rayonunun Nabran qəsəbəsində 1983-cü ildən fəaliyyət göstərən və 18 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış "Şahdağ" istirahət evində əsaslı təmir aparılmış, yeməkxana yenidən qurulmuş və ərazidə abadlıq işləri yerinə yetirilərək istirahət şəraiti yaxşılaşdırılmışdır.
Xəzər dənizinin sahilində, Xudat-Yalama meşələrində yerləşən "Şahdağ” istirahət evində 4 yaşından 16 yaşınadək uşaqların valideynləri ilə birgə istirahəti təşkil olunmuşdur.
İstirahətçilər meşə zolağının dənizdən 50 metrliyində yerləşən koteclərdə 2-5 nəfərlik otaqlarda yerləşdirilirlər.
Xidmətlərin siyahısı:
- 3 dəfə yemək;
- tibbi otaq;
- idman və uşaq meydançaları;
- diskoteka;
- turist gəzintiləri piyada.
Pullu xidmətlərin siyahısı:
- nəqliyyat xidməti;
- avtonəqliyyatın dayanacağı;
- hava, dəmir yolu,avtobus biletlərinin sifarişi, alınması və çatdırılması;
- kinofilmlərin nümayişi;
- konsert proqramı;
- kompyuter oyunları;
- Xaçmaz, Quba, Qusar rayonlarının tarixi yerlərinə, həmçinin Böyük Qafqazın dağ şəlalərinə ekskursiyalar ( avtobusla );
- video filmlərin çəkilişi;
- kafesi, bar xidmətləri.
ƏLAQƏ
Ünvan: Xaçmaz r-nu, Nabran qəsəbsi
"Şahdağ” istirahət evi, tel : (0172) 5-25-70
|

|