"ŞƏFA” müalicə pansionatı

 

Respublikamızın səfalı güşələrindən biri olan Qax rayonunda Qax mineral su bulağının yaxınlığında 1989-ci ildən "Şəfa'" müalicə pansionatı fəaliyyət göstərir. Pansionat 3,5 hektar ərazidə yerləşir, əsas 3 mərtəbəli binası, müalicəvi kabinetləri, 2 ədəd kotec, kafe və uzgücülük hovuzu, idman və uşaq əyləncə meydançaları istrihatcilərin xidmətindədir.  Pansionatda 22 bir və iki otaqlı lyüks nömrələr, 8 kommunal şəraitli sadə nömrələr, koteclərdə iki otaqlı 4 nömrə mövcudur ki, bunlar bir dəfəyə 120 nəfər qəbul etməyə malikdirlər. Pansionatda əsaslı təmir aparılmış və müvafiq müalicə və istirahət şəraiti yara-dılmışdır. Pansionatın əsas profıli mədə-bağırsaq, ürək-damar və əzələ-sümük sistemi üzrə xəstəliklərin müalicəsidir.

Pansionatın tikintisi 1988-ci ildə başa çatdırılmış və fevral 1989-cu ildən fəaliyyətə başlamışdır, 13 iyun 1996-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

”Şəfa” müalicə pansionatında sanatoriya-kurort müalicəsi üçün göstərilən xəstəliklərin effektli müalicəsi təşkil olunmuşdur və bu məqsədlə aşağıda göstərilənlərdən istifadə olunur:

-         kliniki diaqnostik laboratoriyası;
-         funksional diaqnostik kabineti;
-         aparatlı fizioterapiya kabineti;
-         mineral su (içmək);
-         parafin-naftalanlı müalıcə (aplikasiya və sürtgü);
-         vannalar (xvoy-mirvari);
-         qidropat proseduraları;
-         bağırsağın yuyulması kabineti;
-         mədənin yuyulması kabineti.
-         massaj əl ilə;
-         hovuzdan istifadə;
-         diyetik yemək;
-         müalicəvi idman;

Pansionatda hidrokarbonatlı-kalsi tərkibli mineral su müalicə üçün istifadə olunur. İstirahətçilərə onların kliniki göstəricilərinə görə mütəxəssislərlə məsləhətləşmələr təşkil olunur bu və ya başqa xəstəliklərin müalicə proseduraları həkim (terapevt) tərəfindən müəyyən edilir. Proseduraların və məsləhətlərin sayı məhduddur. Məhdudiyyətin həddi ”Şəfa” müalicə pansionatının səlahiyyətindədir.

 
Pansionatın pullu xidmətlərinin siyahısı:

-         sanatoriya kurort kartının açılması və qeydiyyatı;
-         nəqliyyat xərcləri ( maşın xidməti );
-         hava, dəmir yolu, avtobus biletlərinin sifarişi, alınması və çatdırılması;
-         ekskursiya xidmətləri;
-         kinofilmlərin nümayişi;
-         konsert proqramı;
-         video filmlərin çəkilişi.

 

 

ƏLAQƏ

Ünvan: Qax rayonu, Süskənd kəndi,
"Şəfa” müalicə-pansionatı, tel :(0 2425) 5-35-15

   




Giriş forması

Axtarış